İngiltərənin “Çelsi” klubu Niderland təmsilçisi “Ayaks”ın müdafiəçisi Yorrel Hatoya görə 40 milyon avro ödəyəcək.
Tribunainfo.az-ın “The Athletic”ə istinadən məlumatına görə, London klubu 19 yaşlı niderlandlı futbolçunun transferi ilə bağlı qarşı tərəflə razılığa gəlib.
Onun Amsterdam təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, müdafiəçi ötən mövsüm bütün turnirlərdə 50 matçda iştirak edib, 3 qol və 6 məhsuldar ötürməyə imza atıb. “Transfermarkt” portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.