19 500 ukraynalı uşaq Rusiyaya aparılıb

19 500 ukraynalı uşaq Rusiyaya aparılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən sammitdə həyat yoldaşı Melaniya Trampdan Rusiya prezidenti Vladimir Putinə Ukrayna və Rusiyadakı uşaqların ağır vəziyyətini əks etdirən məktubu şəxsən çatdırıb.

Tribunainfo.az xəbər verir ki. bu barədə Ağ Ev rəsmiləri Reuters-ə bildiriblər.

ABŞ-ın sloven əsilli birinci xanımı səfərdə olmayıb, lakin rəsmilər onun məktubunda müharibə zamanı uşaqların oğurlanmasından bəhs edildiyini bildiriblər.

Rəsmi Kiyevin hesablamalarına görə, 2022-ci ilin fevralında genişmiqyaslı işğalın başlanmasından bəri ən azı 19 500 ukraynalı uşaq evlərindən Rusiyaya və onun işğal olunmuş ərazilərinə deportasiya edilib. Ukraynada bu məsələ son dərəcə həssasdır və bir çoxları oğurlananların hamısının geri qaytarılması ilə bağlı razılaşma olmadan heç bir sülh razılaşmasının əldə oluna bilməyəcəyinə inanırlar.

“2023-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi Putin və onun uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belova haqqında uşaqların qanunsuz deportasiyası iddiası ilə həbs qərarı çıxarıb”, – media yazır.