“188 Yük daşıma xidməti” vətəndaşa necə ziyan vurdu? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yükü daşımağa gələn fəhlələrin hamısı bir-iki ayın işçisidir
    TİA.AZ saytına müraciət edən Orxan Qəhrəmanov “188 -Yük daşıma xidməti”ndən narazı qaldığını bildirib: “Bu məsələni ictimailəşdirin ki,  basqaları da ziyan görməsin. Ay yarım bundan öncə 188-ə müraciət etdim. Necə lazımdı dil tökdülər:“Bağ belə bostan belə..” Razılaşdıq. Yükü daşıyan zaman mənə maddi ziyan vurdular. Bir aydan çoxdur, telefon nömrəmi “qara siyahı”ya atıblar və zənglərimi qəbul etmirlər. İşi götürəndə problem olmayacağını deyirdilər. Yükü daşımağa gələn fəhlələrin hamısı bir-iki ayın işçisidir.
 Yük maşınında mebellərin cızılmasını önləyən hər hansı bir qoruyucu qat yoxdur. Dəyəri təqribən 3-4 min AZN olan  qab dəstini sındırdılar. Heç bir nümayəndə gəlib, olanlarla maraqlanmadı. Çox xahiş edirəm ki, bu məsələni işıqlandırın. Bu məsuliyyətsiz şirkətdən digər vətəndaşlar da zərər görməsin”.Şikayətçi vətəndaşın məsələ ilə bağlı redaksiyamızın poçtuna göndərdiyi videonu da oxuculara təqdim edirik:

NÜŞABƏ
TİA.AZ