18 YAŞLI QIZ SEVGİLİSİNİ BIÇAQLADI

18 YAŞLI QIZ SEVGİLİSİNİ BIÇAQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakaryanın Serdivan rayonunda 18 yaşlı gənc qız mübahisə etdiyi sevgilisini qısqanclıq zəminində bıçaqlayıb.

Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Kazımpaşa Məhəlləsində gecə saatlarında baş verən hadisədə 18 yaşlı T.K. adlı qız və onun 22 yaşlı sevgilisi A.P. Onlar arasında qısqanclıq zəminində mübahisə yaranıb.

Mübahisə böyüdükcə T.K. adlı gənc qız sevgilisini bıçaqlayaraq hadisə yerindən qaçıb. Vəziyyətlə bağlı məlumat verildikdən sonra əraziyə sağlamlıq və polis qrupları göndərilib. Yaralı gəncə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya göndərilib.

Hadisə ilə bağlı araşdırma başladan polis qrupları gənc qızı cinayət silahı ilə tutaraq nəzarətə götürüb.