backend

+ 18 SƏRGİSİNİN MƏQSƏDİ NƏDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda oyuncaq qız kuklalarının 18+ foto-sərgisi keçirilib. ADO Teatrının təşkilatçılığı ilə baş tutan rəssam Vüsal Rahimin sərgisi “My name is Sarah” adlanıb. 

Bakıda oyuncaq qız kuklalarının 18+ foto-sərgisi keçirilib. ADO Teatrının təşkilatçılığı ilə baş tutan rəssam Vüsal Rahimin sərgisi “My name is Sarah” adlanıb.

Sosioloq-jurnalist Lalə Mehralı məsələyə bağlı TİA.AZa münasibətini bildirdi. Onun sözlərinə görə, dırnaqarası rəssam Rusiyada açdığı sərgidə də şiddətlə qınanılmışdı: “Orda Azərbaycanı rüsvay edəndən sonra hansı cəsarətlə gəlib burda bu cür sərgi açıb, bilmirəm. Bu sərgi deyil, pornaqrafiyadır, erotikadır, pozğunluğun mədəniyyət adı altında gizlədilməsidir. Nə qazanır, nə əldə edir bununla, bilmirəm, amma əxlaqi dəyərlərin itirilməsi, insanların mənəvi dəyərlərini unutmasına xidmət etdiyi məlum məsələdir. Sərgi nədir? İnsanların mənəvi istirahətini təmin edən, zəkanın, biliyin, bacarığın, istedadın nümayişi deməkdir. Siz bu sərgidə nə zəka, nə istedad, nə bilik, nə mənəviyyat gördünüz? Mən +18 adı altında gizlədilmiş mənəviyyatsızlıq gördüm, əxlaqi dəyərləri hədəfləyən əxlaqsızlıq gördüm. Kimə, hara, necə, neçəyə işləyirlər bilmirəm, amma islami dəyərlərin, mənəviyyatın, əxlaqın bu qədər yüksəkdə tutulduğu bir ölkədə, üstəlik uzun sürən hazırlıq prosesindən sonra ölkəmizdə İslam Oyunlarının keçirildiyi bir vaxtda bu cür əxlaqsızlıq edilməsini kənar sifariş kimi başa düşürəm. Bütün islam ölkələrinin gözü bizim ölkədə olduğu, diqqəti bizim mətbuata yönəldiyi bir vaxtda bu cür rüsvayçılıq baş verirsə bu təsadüf deyil”.


İlahə