Sabunçu rayon sakinləri icra hakimiyyəti ilə bağlı məhkəməyə müraciət ediblər.
Tribunainfo.az xəbər verir ki, Sabunçu rayon İcra Hakimiyyəti ilə bağlı məhkəmədə iddianı ümumilikdə 18 nəfər qaldırıb. Onlar Şahbazov Ağadayı, Məmmədov İntiqam, Məmmədov Əliəşşrəf, Hümmətov Balaəli, Dadaşov Bahadır, Məmmədov Həsən, Məmmədova Zenfira, Məmmədov Fizuli, Əlizadə Fəxrəddin, Xəlilova Rasim, Məlikova Əminə, Məmmədov Buniyət, Əlizadə Ramil, Məmmədova Qərənfil, Məmmədov Şükür, Abdullayev Fərhad, Məmmədova Lalə, Məmədova Sevincdir.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri ilə əlaqədar mübahisələrdir. Sakinlərlə icra hakimiyyəti arasında torpaq mübahisəsi yaşanır.
İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 16 oktyabr tarixində hakim Xəyalə Cəmilovanın sədrliyi ilə işə baxılacaq.
Nigar