18 MİN SURİYALI ÖLKƏSİNƏ QAYITDIbackend

18 MİN SURİYALI ÖLKƏSİNƏ QAYITDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələ Türkiyədəki suriyalıları da vurdu. Böyük fəlakətdən sonra 18 mindən çox suriyalı “Zəlzələ müharibədən də betərdir” deyərək könüllü olaraq ölkələrinə qayıdıb. İndiyədək şəxsiyyətləri müəyyən edilən 2000-ə yaxın suriyalının cəsədi də öz torpaqlarına aparılıb.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, müharibədən qaçaraq Türkiyəyə sığınan və zəlzələdən zərər çəkmiş şəhərlərdə qalan suriyalıların könüllü geri qayıtması başlayıb.

Zəlzələdən sonra 14 gün ərzində 18 707 suriyalı öz ölkələrinə qayıdıb. Gedən suriyalıların əksəriyyətinin ölkələrinə qəti şəkildə geri döndüyü öyrənilib.