“166” yük daşıma xidməti “Səba”nı məhkəməyə verdi

“166” yük daşıma xidməti “Səba”nı məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Toyuq və toyuq məhsulları istehsalçısı olan “Səba” ASC vurduğu maddi ziyana görə məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, “Səba” ilə bağlı iddianı Azərbaycanda tanınmış yükdaşıma şirkəti olan “166” brendi altında fəaliyyət göstərən “Cargo.az” MMC qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər daşınma müqaviləsi üzrə mübahisə yaşayır. “166” yük daşıma xidməti müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə və maddi ziyanın ödənilməsi üzrə iddia qaldırıb.
İşə 25 fevral tarixində Sumqayıt Apellyasiya Məhəməsində hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Gülşən