16-cı sanksiya paketi ilə bağlı razılığa gəldilər

16-cı sanksiya paketi ilə bağlı razılığa gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyadan alüminium idxalını qadağan edən və Rusiyanın “kölgə donanması”nı hədəf alan yeni sanksiyalarla bağlı razılığa gəliblər.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sədri Ursula von der Leyen sosial media hesabındakı paylaşımında bildirib.Onun sözlərinə görə, Aİ ölkələri fevralın 24-ü Rusiya-Ukrayna müharibəsinin ildönümü üçün hazırlanan 16-cı sanksiya paketi ilə bağlı  razılaşıb. Həmçinin Kremlə təzyiqləri davam etdirməkdə qərarlı olduqlarını söyləyib.

Rusiyanın məhdudiyyətlərə məhəl qoymadan xam neft ixrac etmək üçün istifadə etdiyi 73 “kölgə donanması” tankeri, bəzi Rusiya bankları və bir çox fiziki şəxslər və şirkətlər sanksiyalar siyahısına daxil ediləcək.

Qeyd edək ki, Rusiya məhdudiyyətlərdən yan keçmək üçün xarici bayraqlar altında üzən tankerlərdən ibarət “kölgə donanması” adlanan donanmadan istifadə edir.