backend

15 yaşlı Türkiyə vətəndaşı Bakıda intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda intihar olub. Bakıda intihar olub.

TİA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.

İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.

Onun bu səbəbdən intihar etdiyi bildirilir. Faktla bağlı cinayət işi başlanıb.

Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib. 

Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Günler Şəvvalın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində çalışır.