15 sentyabrdan yollar daha bərbad olacaq – Deputat

15 sentyabrdan yollar daha bərbad olacaq – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postu yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır. Şəhər ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir.

Tribunainfo.az xəbər verir ki, bu fikirləri deputat Razi Nurullayev bildirib. O qeyd edib ki, artıq Binəqədi yolundan da keçmək mümkün deyil:

“İki aydır ki, yol qazılır, amma bir türlü başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?

Nəqliyyat və yol ilə bağlı işlər görülür, məncə işlərin daha da sürətlənməsinə və 24 saatlıq iş rejiminə keçməsi lazımdır ki, layihələr daha tez bitsin.Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”.

Gülşən Rəsul