İordaniyada martın 4-də 15 nəfər terrorçuluqda ittiham edilərək edam olunub.
İordaniyada martın 4-də 15 nəfər terrorçuluqda ittiham edilərək edam olunub.
“Report” “Al-Arabia”ya istinadən xəbər verir ki, onlar günahlarını etraf ediblər.
Məlumata görə, onlardan 5-i terrorçu qruplaşmanın üzvü olmaqla ölkənin şimal-qərbində yerləşən İrbid şəhərində terror törətməyi planlaşdırırmış.
Xəbərdə bildirilib ki, barələrində edam hökmü çıxarılan daha 5 nəfər isə seksual xarakterli ağır cinayətlər törədiblər.