15 iyun “Milli Qurtuluş Günü “ Mingəçevir Teatrında qeyd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 iyun “Milli Qurtuluş Günü “  münasibəti  ilə Mingəçevir Dövlət Dram teatrında,  Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Dram teatrının, Bərdə Regional Mədəniyyət və Turizm şöbəsinin Mingəçevir nümayəndəliyinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. 

15 iyun “Milli Qurtuluş Günü “  münasibəti  ilə Mingəçevir Dövlət Dram teatrında,  Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Dram teatrının, Bərdə Regional Mədəniyyət və Turizm şöbəsinin Mingəçevir nümayəndəliyinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakmiyyətinin İçtimai,Siyasi, Humanitar məsələr şöbəsinin müdür muavini Sahib Əliyev çıxış edərək, Milli Qurtuluş gününə gedən yolda Azərbaycanın başına gətirilən bəlalardan söz açdı daha sonra qeyd etdi ki, “Heydər Əliyev dünyanın hər hansı yerində doğulsaydı yenə xilaskar ola bilərdi. Amma bu insanla bağlı tale məhz bizim xalqımıza nəsib olmuşdur. H.Əliyev bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı öz haqqı uğrunda mübarizəyə qalxa bilər. Sübut etdi ki, azərbaycanlılar sivil dövlət qurub, demokratik prinsiplər əsasında yaşaya bilər”.

Çıxış edən, Mingəçevir Dövlət Dram teatrının direktoru ,Səxavət Məmmədov  Ulu Öndər Heydər Əliyevin,  Azərbaycanda mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Direktor qeyd etdi ki, “Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin mədəniyyət xadimlərinə diqqəti daima insanlara örnək olmuşdur.



 

Cənab prezident mədəniyyət abidələrinin təmirinə bərpasına da böyük diqqət ayırmışdır.Məs bu diqqətin qayğının bariz nümunəsinə Mingəçevir teatrıda şahid olmuşdur. Beləliklə,  Mingəçevir Dövlət Dram teatrı “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 fevral tarixli 1964 nömrəli Sərəncamına əsasən Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında böyük rol oynayan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə teatr təhsili sisteminin yaxşılaşdırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi və “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının  hazırlanması nəzərdə tutulmuşdur.Həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin 09 İyul 2008-ci il tarixli 368 nömrəli əmrinə əsasən 15 İyul 2008-ci il tarixindən teatrın binası əsaslı təmirə dayanmışdır  Bu sərəncama uyğun olaraq əsaslı təmir olunaraq 2011-ci ilin sentyabr ayında 43-cü mövsümün açılış tədbiri ilə yenidən istifadəyə verildi”.

Çıxışdan sonra Heydər Əliyevin ömür yolundan bəhs edən video sujetə baxıldı. Daha sonra Mingəçevir şəhər Üzeyir Hacibəyli adına 11 illik musiqi məktəbinin   Xalq Çalğı alətləri orkestirinin  bir-birindən maraqlı musiqi nəğmələri tədbir iştirakçılarına xoş anlar yaşatdı.