Türkiyənin ölkəmizdəki səfirliyində “15 İyul” kompozisiyasına təqdimat keçirilib.
Türkiyənin ölkəmizdəki səfirliyində “15 İyul” kompozisiyasına təqdimat keçirilib
TİA.AZ axşam.az-a istinadən xəbər verir ki, kompozisiyanın müəllifi bəstəkar Sevinc Tofiqqızıdır. Əsərə klip də çəkilib.
Ekran işi Türkiyədə 15 İyul hərbi çevrilişə cəhd gecəsinin 1 illiyinə həsr olunub.
Təqdimat mərasimində Türkiyənin ölkəmizdəki səfiri Erkan Özaral, həyat yoldaşı Məltəm Özaral, mətbuat katibi Hamit Karadeniz, Mədəniyyət və Turizm müşaviri İrfan Çiftçi də iştirak edib.