“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarına görə, sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən qanun kobudcasına pozulub”.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1 maddəsi yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarına görə, sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən qanun kobudcasına pozulub”.
Bunu TİA.AZ-a açıqlamasında iki uşaq anasının ölümünə səbəb olan 14 yaşlı gəncin qanun pozuntusuna münasibət bildirərkən hüquqşünas Mehman Muradlı bildirib.
Onun sözlərinə görə, hadisəni törədən şəxs məsuliyyətə cəlb edilməlidir:
“Qeyd olunan maddənin dispozisiyasına əsasən, bu Məcəllənin 263-1 maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda- beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hadisəni törədənin yaş məsələsini önə çıxardanlara bildirirəm ki, Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir”.
İlahə