14 ildən sonra Putindən bir ilk

14 ildən sonra Putindən bir ilk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin 2011-ci ildən bəri ən geniş hərbi yardım çağırışı edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Son Dakika” xəbər agentliyi məlumat yayıb.

Yaşı 18-30 arasında olan 160 min kişini hərbi xidmətə çağıran Putin Rusiya ordusundakı aktiv əsgərlərin sayının 1,5 milyona çatdırılmalı olduğunu bildirib.

Bu, Rusiyanın 2011-ci ildən bəri ordusunu genişləndirmək səyləri çərçivəsində qeydə aldığı ən yüksək rəqəmdir.

Qeyd edək ki, Rusiya yaz və payız aylarında hərbi xidmətə qəbul edir, lakin 160 000 gənc üçün son çağırış 2024-cü ilin eyni dövrü ilə müqayisədə daha yüksək rəqəmdir. Rusiyada iki ildə bir dəfə hərbi xidmətə çağırışdan əlavə, çoxlu sayda əsgəri müqaviləli əsgər kimi çağırır.

Dəniz Pənahova