Hindistanda 250 sərnişin olan təyyarə qəzaya uğrayıb – VİDEO

Hindistanda 250 sərnişin olan təyyarə qəzaya uğrayıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Əhmədabad şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb.

Tribunainfo.az xəbər verir ki, Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında təyyarə qəzası baş verib. Qəza Air India aviaşirkətinə məxsus sərnişin reysi ilə əlaqədardır. Təyyarənin göyərtəsində 250-dən çox sərnişin olub. Bu barədə NDTV telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.

“NDTV-nin məlumatında deyilir ki, Air India şirkətinə məxsus Boeing 787-8 Dreamliner tipli təyyarə, göyərtəsində 250-dən çox sərnişin olduğu halda Əhmədabad hava limanından qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.”

Həmçinin bildirilir ki, hadisə yerindən çəkilmiş video və fotolarda yerin altından qalxan qalın boz tüstü sütunu görünür. Faciə yerinə 20-dən çox təcili tibbi yardım maşını cəlb olunub, onlardan bəziləri yaralıları xəstəxanaya aparıb. Polis hadisə rayonunda nəqliyyat hərəkətini dayandırıb. Hindistan hakimiyyəti hələlik rəsmi açıqlama verməyib.

İMRAN kƏRİMLİ