13 milyon vergi borcu şirkət gömrük qaydalarını pozmaqda ittiham edilirbackend

13 milyon vergi borcu şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvə 12 725 166 manat vegri borcu ilə gündəmə gələn “Metatron İnşaat” MMC  indi də gömrük qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham edilir.

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə iş başlanıb.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.

 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Yeri gəlmişkən, hazırda şirkətin vergi borcu 13 972 157, 90 manata çatıb.