1209 müəllimin cavab verə bilmədiyi sadə sual…

1209 müəllimin cavab verə bilmədiyi sadə sual…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günü 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı təşkil olunub. Bu imtahanda 6 464 ibtidai sinif müəllimi iştirak edib.

Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanında istifadə olunmuş ixtisas suallarını ictimaiyyətə açıqlayıb.

Qurum, həmçinin sualların neçə nəfər tərəfindən düzgün yazılması barədə də məlumat yayıb.

Sosial şəbəkələrdə yüzlərlə müəllimin sadə sualları düzgün cavablandıra bilməməsi müzakirələrə səbəb olub.

Belə ki, ibtidai sinif müəllimlərinin 33 faizi – 1209-u 509052 ədədinin sözlə düzgün yazılışını tapa bilməyib.

Qeyd edək ki, 3424 nəfər ibtidai sinif müəllimi imtahanda keçid balını toplaya bilməyib.

Sözügedən sualı təqdim edirik:

(Modern.az)