12 yaşlı təşkilatın sədri: “Bu bizi yolumuzdan çəkindirməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 yaşlı təşkilatın sədri: “Bu bizi yolumuzdan çəkindirməyib”

 

12 yaşlı təşkilatın sədri: “Bu bizi yolumuzdan çəkindirməyib”

2005-cı ildən “Gənc Liderlər” Uşaq Təşkilatı kimi fəaliyyətə başlayan, 2011-ci ildən etibarən “İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) adı altında dövlət qeydiyyatına alınmış formada çalışan gənclər birliyinin 12 yaşı tamam olur.

Birliyin ad günü ilə bağlı fikirlərini bölüşən İB sədri Fərid Şahbazlı söyləyib ki, məktəbli ikən çox böyük ümidlərlə yaratdıqları bu təşkilat hazırda ölkəmizin ən fəal və strukturlaşmış gənclər birliklərindən biridir:

“Biz bu illər ərzində 800-ə yaxın müxtəlif istiqamətli layihə və tədbirlər reallaşdırıb, dövlətimizin böyük uğurla reallaşdırdığı gənclər siyasətinə kiçik də olsa töhfəmizi verməyə çalışmışıq. Təşkilatımızın sıralarında ölkəmizin yüzlərlə intellektual və dövlətçiliyə bağlı gənci birləşib. 12 il ərzində dünyanın 6 ölkəsində, ölkəmizin 30 rayonunda müxtəlif tədbirlər təşkil edib, çoxsaylı konfranslarda iştirak etmişik. Azərbaycan həqiqətlərinin dünyada təbliği, milli dövlətçilik maraqlarımızın qorunması istiqamətində yalnız yerli deyil, beynəlxalq səviyyədə də fəaliyyət göstərməyə, nəticə əldə etməyə çalışmışıq. Türkiyə, Ukrayna, Rusiya, Gürcüstanda təşkil etdiyimiz beynəlxalq səviyyəli tədbirlərimizə bu ölkələrin önəmli ictimai-siyasi xadimləri qatılıb, nüfuzlu media quruluşları diqqət göstərib. Bütün bu fəaliyyətimiz dövründə isə tək güvənc  və dəstək ünvanımız güclü Azərbaycan dövləti olub”

Fərid Şahbazlının sözlərinə görə, onlar bütün fəaliyyətləri boyu daim dövlətçilik mövqeyindən çıxış edib və ölkə Prezidenti İlham Əliyevin siyasi xəttini müdafiə ediblər: “Ən müxtəlif formalarda, ən radikal platformalarda Azərbaycan gəncliyini özünün təxribatçı əməllərinə alət etməyə çalışan yerli və xarici dairələrə qarşı mövqeyimizi sərt şəkildə ortaya qoymuşuq. Buna görə, radikal qruplar dəfələrlə üzərimizə gəlsələr də, ən sərt formada tənqid və hətta təhqir etsələr də bu bizi yolumuzdan çəkindirməyib və bu həmişə belə davam edəcək.

Çünki bizim Liderimiz və məqsədimiz bəllidir. Biz dövlətimizin inkişafını yalnız Ulu Öndər Heydər Əliyevin ideyalarında və Cənab Prezident, Azərbaycan gəncliyinin ən böyük dostu və himayədarı İlham Əliyevin reallaşdırdığı alternativi olmayan siyasi kursda görürük. Liderimizə və məqsədimizə daima sadiq qalacağıq!”.