Bu günlərdə Bakı sakininin sosial şəbəkələrdə yaydığı video ciddi müzakirə mövzusuna çevrilib. Bu günlərdə Bakı sakininin sosial şəbəkələrdə yaydığı video ciddi müzakirə mövzusuna çevrilib.
O, iddia edir ki, 12-ci imamdır. İmran Əliyev adlı şəxs həmçinin İsa peyğəmbərin geri göndərildiyini də deyir. Video sosial şəbəkələrdə yayılandan sonra həm gülüş, həm də aqressiya ilə qarşılanıb.
TİA.AZ Xəzərxəbər-ə istinadən xəbər verir ki, özünü Əliyev İmran Xeyrulla oğlu kimi təqdim edən bu şəxs çəkdiyi video müraciətlə 12-ci imam Mehdi Sahib əz-Zaman olduğunu iddia edir. Özü də rus dilində.
O əvvəlcə bütün inanclı insanları salamlayır. Deyir ki, bu gün bu video yazını bütün dünya görəcək. Bakı şəhərində yaşadığını da vurğulayan İmran iddia edir ki, 2 il bundan qabaq ona Allah tərəfindən vəhy gəlib. Guya ona deyiblər ki, 12-ci imam Mehdi əleyhissəlam onun özüdür. İmran daha da qabağa gedərək İsa peyğəmbərin geri qayıtdığını da deyir. Bildirir ki, İsa peyğəmbər Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən bildiriblər ki, belə videolar müxtəlif adamların dili ilə tez tez yayılır. Onları ciddi qəbul etmək olmaz.