116-cı mövsümə “O olmasın, bu olsun”la başlanıldı

116-cı mövsümə “O olmasın, bu olsun”la başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 116-cı mövsümünə dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası ilə başlayıb.

Akademik Musiqili Teatrdan Tribunainfo.az-a verilən məlumata görə, 18 Sentyabr – Milli Musiqi Günündə təqdim olunan bu əsər Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub.

Sənət ocağının repertuarında özünəməxsus yeri olan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi   Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir və Leyla  Ağayevlər, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artisti Vaqif Məstanovdur.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Ələkbər Əliyev, Əzizağa Əzizov, Nadir Xasiyev, Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Aydan Həsənova, Elçin İmanov, Əliməmməd Novruzov, Təranə Əliyeva, Elməddin Dadaşov, Murad Əliyev həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.
Qeyd edək ki, “Üzeyir Hacıbəyli – 140” layihəsi çərçivəsində 19, 21 və  25 sentyabr tarixlərində bəstəkarın ölməz əsərləri – “Leyli  və Məcnun” (libretto müəlifi Samir Qulamov), “Arşın mal alan”, “Ər və arvad” tamaşaları da oynanılacaq.

Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar.