KİV-in məlumatına görə, fevralın 2-də koronavirus diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Vladimir Jirinovskinin orqanizmində yeni təhlükəli dəyişikliklər baş verib.
Qaynarinfo “112” teleqram kanalının məlumatına istinadla xəbər verir ki, həkimlər Liberal Demokrat Partiyasının rəhbərinə beyində ciddi iltihabi proseslər diaqnozu qoyublar.
Məlumatda qeyd olunur ki, siyasətçinin vəziyyəti hələ də ağırdır. O, oksigen terapiyasındadır. Oksigen təchizatı yüksək axınlı ventilyatordan istifadə etməklə həyata keçirilir.
Hazırda Liberal Demokrat Partiyasının rəhbəri tibb işçilərinin daimi monitorinqi altındadır.
Eyni zamanda, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin mətbuat xidməti daha əvvəl Vladimir Jirinovskinin vəziyyətinin stabil olduğunu və ona bütün lazımi tibbi yardım göstərildiyini bildirib.