743 müəllim Sertifikatlaşmadan keçə bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib. Sertifikatlaşmada iştirak edən (2022-ci il) 11 mindən artıq müəllimdən cəmi 743 nəfərinin uğur qazana biməməsi kifayət qədər yüksək nəticədir.
Tribunainfo.az yazır ki, bu barədə danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, belə nəticənin əsas səbəblərindən biri sertifikatlaşmanın gözlənildiyindən “yumşaq” təşkil olunması və müəllimlərin prosesin ciddiliyini dərk edərək hazırlaşması oldu:
“İbtidi sinif müəllimlərinin sertifikatlaşması daha ciddi aparılmalıydı. Təkcə tədris dili və riyaziyyat deyil , ibtidai sinifdə tədris olunan 7 fənnin yeddisindən də suallar salınmalıydı.
Qarşıda xarici dil müəllimlərinin sertifikatlaşması gəlir.Tədris etdiyi dildə ünsiyyət qura bilməyən xarici dil müəllimlərinə müəllim işləmək şansı verilməməlidir. Ona görə də xarici dil müəllimləri üçün qaydalarda dəyişilik edilməsi zəruridir”.