11 iyul Beynəlxalq Şokolad Günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, “Şokolad günü” ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib.  

 

TİA.AZ xəbər verir ki, “Şokolad günü” ilk dəfə 1995-ci ildə Fransada qeyd edilib. 

Tez bir zamanda məşhurluq qazanaraq, Almaniya, İtaliya, İsveçrə və digər Avropa ölkələrində, eləcə də Avropadan kənarda keçirilməyə başlanılıb. Çox sevdiyimiz şokoladın və şokolad ağacının vətəni isə Mərkəzi və Cənubi Amerikadır.
4 sentyabr da Ümumdünya Şokolad günü kimi qeyd edilir.
 

Tarixi

Şokoladın tarixi 3000 il bundan əvvəlki dövrə aid edilən nemətlər sırasına daxildir.
Araşdırmalara görə, ilk şokolad asteklər tərəfindən hazırlanıb və ona “tanrıların qida”sı adı verilib.

Təxminən bizim eradan 1500 il əvvəl Meksika körfəzi sahillərində yerləşən Amerikada yeni sivilizasiya meydana gəldi. Onların mədəniyyətlərindən bizə çox nadir halda qalan məqamlar məlumdu, yalnız irəli sürülən fikirlərə əsasən məhz “kakao” sözü ilk dəfə olaraq, onlar tərəfindən dildə “kakava” kimi tələffüz edilərək, meydana gəlib. Təxminən 1000 il bizim eradan əvvəlki dövrü özündə birləşdirən həmin tayfanın sivilizasiya nümunələrindən sayılır.
Şokolad Avropaya ispanlar tərəfindən gətirilib “qara qızıl” adı verilərək ondan fiziki güc və dözümlülüyü artırmaq üçün istifadə olunub. Hansı ki, ondan məhdud, yalnız kübar dairələr istifadə ediblər. Məşhur qadınlar şokoladı təbii afrodiziak adlandırıblar. Tereza Ana üçün şokalad bir ehtiras idi. Məşhur kurtizanka madam de Pomadur əmin idi ki, ehtiras alovunu yalnız isti şokoladla gücləndirmək olar. Bu yaxınlarda aparılmış tədqiqatlar bir daha göstərdi ki, şokolad insanı ehtiraslı öpüşlərdən dörd dəfə daha çox həyəcanlandırır.

1565-ci ildə italyan əsilli alim-rahib İspaniya kralına şokoladın faydası haqqında məruzə ilə çıxış etdikdən sonra şokolad dövlət sirri olub. Kral şokolad hazırlamağı ancaq etibar etdiyi adamlara tapşırardı. Onun istehsalı ilə əsasən ispan rahibləri, yezuitlər məşğul olurdular. Bu sirrinin pozulmasına görə isə 80 nəfər edam olunub.

XVII əsrdə şokolad Martinika adasında şokolad o qədər sevilirdi ki, müəyyən müddətdə mədəniyyətin bir hissəsi olmuşdu. Adada yaşayan əhali evinə qonaq dəvət etmək istəyəndə “Axşam bizə şokolad yeməyə gəlin” şəklində müraciət edərdilər.

1875 -ci ildə iki isveçrəli Daniel Peter və Henri Nestle qatılaşdırılmış süd ilə şokoladın qarışdırılma üsulunu icad edirlər. Beləliklə, dünyada ilk südlü şokolad əmələ gəlir.

XX əsrdə şokolad geniş sənaye sahəsinə çevrildikdən sonra sadə insanlar da ondan dadmağa başladılar.

Etimologiyası


Əvvəllər içki kimi qəbul edilən bu şirniyyatın adı haqqında müxtəlif versiyalar var. Onlardan birinə görə, şokolad qədim astek sözü olub, “xocolatl” yəni, kakao paxlasından alınan içkinin adını bildirir. Mənası isə “acı su” kimi tərcümə olunur.

Şokalad sevgisi

Dünyanın ilk şokolad muzeyi Almaniyanın Köln şəhərində yerləşir. Bu şokolad muzeyində bir-birindən fərqli şəklə malik şokoladlar var. İçəridə şokoladlarla bağlı hər növ məlumat və istehsal lentləri var.Burda həm gəzə, həm də şokolad yeyə-yeyə muzeyi gəzmək olur.

İlk şokolad maşını isə İspaniyanın Barselona şəhərindədir. Museo de La Xocolatada şokoladın sənətlə görüşməsinə şahidlik etmək mümkünüdür.

Yalnız XIX əsrdə  Meksikada şokoladı presləyən maşın icad olunmuşdu. Məhz o zaman ilk şokolad plitəsi əmələ gəlmişdi.

Müasir elm görə, də ən böyük şokolad plitəsi 4, 42 ton ağırlığında olub və Ginnesin rekordlar kitabına daxil edilib. Onun uzunluğu 5, 6 m, hündürlüyü 25 sm, eni isə 2, 75 m təşkil edirdi.

ABŞ-da şokoladdan uca bir bina tikilib. 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır. ABŞ-ın göydələnləri ilə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir. Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb. Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb. 30 saata tikilən bina Ginnesin Rekordlar kitabına adını yazdırıb. Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib. Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir. Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindın fontan hazırlayanlara da rast gəlmək olur.

Ziyansız

Kakao kökəltmir, yalnız şokoladın tərkibindəki süd və şəkər əsas kalori mənbələri sayılır. Ona görə də şokolad seçən zaman keyfiyyətli və tünd olmasına diqqət edin. Belə şokoladı gün ərzində istədiyiniz qədər yeyə bilərsiniz, hətta şokolad pəhrizləri var. Gündə 100 qram acı şokolad ilə bir fincan qara qəhvə içmək maddələr mübadiləsini sürətləndirir, piyləri yandırır.

Çox az adam bilir ki, şokoladdan müalicəvi məqsədlərlə də istifadə etmək olar. Çünki onun tərkibində insan orqanizminə müsbət təsir edən şəfaverici maddələr var. Məsələ ondadır ki, şokoladdakı teobromin maddəsi öskürəyi aradan qaldırır. XVII-XVIII əsrlərdə həkimlər zəngin xəstələrə dərman vasitəsi kimi şokolad verirdilər.

Şokolad hamilələr üçün çox faydalıdır. Statistikaya görə, şokolad sevən anaların uşaqları həm daha sağlam olur, həm əsəbləri möhkəm olur, həm də çox gülür. Bundan başqa, şokolad doğuş zamanı və ondan sonra ağırları azaldır. Çünki onun tərkibindəki maddələr əzələləri rahatlaşdırır və qan damarlarını möhkəmləndirir.

Maya tayfası kakao lobyalarından, yaxud şokoladdan pul kimi istifadə edib. Məsələn, 10 kakao lobyasına dovşan, 100 kakao lobyasına isə bir qul almaq olardı. Maya tayfasında dələduzluq o həddə çatmışdı ki, insanlar gildən saxta kakao lobyaları yaratmışdı.

Şokoladla bağlı maraqlı faktlar:

Orta əsrdə İspaniya kral ailəsinin üzvləri ilə digər avropalı aristokratlarla nikah bağladıqda kakao lobyası cehiz əvəzi verilirdi.

İnsanlar şokolada hər il yeddi milyard dollar sərf edirlər. Qeyd etmək lazımdır ki, payız aylarında bu şirniyyat daha çox satılır. İnsan orta hesabla ildə təxminən 5 kilo şokolad yeyir.

Dünyada sevgi rəmzi kimi tanınan ilk şirniyyat şokoladdır. Ağ şokolad dünyada sevgililərin rəmzi kimi tanınır. Statistikaya əsasən, 20 yaşlı əksər gənclər məhz ağ şokolada üstünlük verir. Şokoladın tərkibindəki fenamin maddəsi, insanda sevgi hissi yaradır. Şokolad A,B,C,D, E, kalsium, kalium və natrium vitaminləri ilə zəngindir. Gün ərzində 2 şokolad yemək, arterial təzyiqin aşağı düşməsinə səbəb olur. Kakao və şokolad antiseptik xüsusiyyətlərə malik olub, dişi bir çox zərərdən qoruyurlar. Şokolad yeməklə qızdırma, soyuqdəymə xəstəliklərini dəf etmək olar.
Dünyanın ən kalorili şokoladı südlü şokolad hesab edilir.
Dünya qadınlarının 15% hər gün şokolad yeyir.
Dünyada ən çox şokolad yeyən ölkə sakinləri İsveçrədədir. Belə ki, hesablamalara əsasən hər sakinə il ərzində 10 kq şokolad düşür. Bu sıyahıda 2-ci yerdə , Rusiya qərarlaşıb. Orada hər sakinə il ərzində 4,4 kq şokolad düşür.
Stress vəziyyətində olan insanlar nisbətən normal vəziyyətdə olan insanlardan

55 % qədər çox şokolad istifadə edirlər.

Şokoladın bir neçə inqredientləri ürək və damar sistemi üçün çox xeyirlidirlər.

Şokoladın təxminən əlli faizini yağ təşkil etdiyi üçün bu məhsul kaloriyalı və qidalandırıcıdır.

Şokoladın ağızda əriməsi insana “xoşbəxtlik” hissini yaşadır.

Şokoladda istirahət və psixoloji bərpa elementlər var. Qara şokolad isə insana “xoşbəxtlik hormonları” bəxş edir. Bundan başqa şokoladın “anti-xərçəng” effekti verdiyi və yaşlanma prosesini yavaşlatdığı bildirilir.

Alimlər yalnız şokoladın çəki azaltması fikri ilə razılaşmırlar. Çünki, şokolad zəngin yağ və koloriyə malik qidadır.

Tünd şokoladın növləri bədəndən endorfinin – insanda rahatlıq, xoşbəxtlik, məmnunluq və razılıq hissləri yaradan hormonu stimullaşdırır və əhval-ruhiyyəni yüksəldir. okolad “xərçəng əleyhinə” effektə malikdir və yaşlanma prosesini yavaşladır.


İlahə