11-ci sinif uşağı niyə intihar edir? – Psixoloqdan XƏBƏRDARLIQbackend

11-ci sinif uşağı niyə intihar edir? – Psixoloqdan XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki rayonunun Orta Zəyzid kənd sakini 16 yaşlı Lətifova Çiçək Habil qızının meyiti yaşadığı evdə qapının əl tutacağından asılı vəziyyətdə aşkar edilib.

“İntiharların qarşısını öncədən necə almaq olar” mövzusunda Tribunainfo.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, valideynlər yeniyetmələrlə çox diqqətli olmalıdırlar. Aqressiv yeniyetmələr var ki, onların fiziki olaraq etdiyi hərəkətlər hər bir şey göz qarşısında görsənir. Amma təəssüflər olsun ki, daha passiv, daha sakit, melanxolik durumda olan insanlar o emosionallığı göstərə bilmir deyə emosional aclığını hiss etməyən valideyin elə düşünür ki, mənim övladım sakitdir.

Psixoloqun sözlərinə görə, sakit olduğu halda sabah hansısa bir halların baş verəcəyini bilmir. Çox qorxulu bir vəziyyətdir ki, 15, 16 ümumiyyətlə yeniyetmə dövründə olan insanlar yaxud da haləti pozulmuş insanlar burada artıq yaş fərqi yoxdur çünki yaşa görə düşünüləcək bir addım deyil. Sadəcə olaraq ruh halı ilə bağlı olan bir vəziyyətdir.

“Özünə qapanıqlığı hiss edirsinizsə mütləq şəkildə son siqnal çalınmalıdır. Bunun nəticəsində bax bu gün qarşılaşdığımız məqamları təbii ki, valideyni dinlədikdən sonra bilə bilərik. Bəlkə də sakit olub, özünə qapanan olub, bəlkə də ailə daxilində baş verən problemlər olubdur. Bəlkə də hər hansısa bir hissinin qurbanı olubdur.

Mütləq şəkildə valideynlərlə söhbət etdikdən sonra bunu bildiyimiz halda öz münasivətimizi bildirə bilərik. Ancaq öncədən yaranan SOS siqnalları zamanı valideynlər çox diqqətli olmalıdırlar. Mütləq şəkildə övladlarının ruh halını görməlidirlər ki, bu narahatçılığının səbəbini aşkar etsinlər və nevroloqa, psixoloqa müraciət etsinlər”.

 

 

Dilrubə