Bakıda intihar hadisəsi baş verib.
Bakıda intihar hadisəsi baş verib.
TİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zirə qəsəbəsi, Müslüm Moqamayev küçəsi 93 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 16 yaşlı Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Məlumata görə, F. Məmmədov orta məktəb şagirdidir. O, Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.