“106 milyon manatın taleyi sual altındadır”

“106 milyon manatın taleyi sual altındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Muğanbank” ASC-nin lisenziyası ləğv edilib.

Tribunainfo.az xəbər verir ki, 2023-cü ilin III rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır.

Bankın bağlanması ilə bağlı qısa şərh verən iqtisadçı Samir Əliyevin sözlərinə görə, oktyabr ayının 1-i tarixinə “Muğanbank” ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub:

“Mərkəzi Bankın açıqlamasında bildirilib ki, bu müddətə bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir. Deməli, haradasa, 106 milyon manatlıq vəsaitin taleyi sual altındadır”.