backend

102-ci bazada ermənilər aksiyaya başladı: “Pulumuzu verin!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının 100 nəfər erməni əməkdaşı etiraz aksiyası keçirib.  

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının 100 nəfər erməni əməkdaşı etiraz aksiyası keçirib.

TİA.AZ xəbər verir ki, işçilər işə çıxmayıb və son 3 ayda ödənilməyən əmək haqlarını tələb ediblər.

“Fevral və martda bizim maaşları ödəməyiblər. Aprel ayının maaşını isə mayın 15-nə qədər verməlidirlər. Lakin bizə heç kim maaşın olub-olmayacağını demir. 

Pullar Moskvadan göndərilib, amma burada verilmir”, – aksiya iştirakçılarından biri söyləyib.

Qeyd edək ki, 102-ci bazanın etiraz edən əməkdaşları hərbi hissəsinin yaşayış massivlərində çalışırlar. Burda çalışan ermənilərə pul Rusiyadan Ermənistan valyutasında ödənilir.