Siy Liberman çətin bir həyat yaşayıb və heç vaxt uzunömürlü olacağını düşünməyib. Amma 101 yaşına çatdıqdan sonra öz təcrübəsini bölüşməyə qərar verib.
101 yaşlı Siy Liberman, həyatında qarşılaşdığı ciddi sağlamlıq problemlərinə və çətinliklərə baxmayaraq, uzunömürlü olub. Tribunainfo.az xəbər verir ki, o, The Washington Post üçün yazdığı məqalədə bu yaşa qədər yaşamasının səbəblərini bölüşüb.
O qeyd edir ki, sentyabrda 101 yaşı tamam olub və heç vaxt bu qədər uzun yaşayacağını düşünməyib:
“İnsanlar həmişə mənə sual verir: ‘Uzunömürlülüyün sirri nədir?’ Mən artıq bir çox həkimi və yaxın dostlarımı itirmişəm, ona görə də insanların bu sualı verməsi təəccüblü deyil. Amma bu suala sadə bir cavabım yoxdur.”
Ağrılı başlanğıc və ciddi sağlamlıq problemləri
Siyin həyatı uşaq yaşlarından çətinliklərlə dolu olub. 5 yaşında qardaşı ilə birlikdə küçədən keçərkən yük maşını ona dəyib – nəticədə kəllə və qol sınığı ilə 10 gün komada qalıb. Bundan 2 ay sonra appendiks partlaması səbəbilə təcili əməliyyat olunub.
39 yaşında Liberman infarkt keçirdi. 79 yaşında isə bir gözündə qısa müddətlik görmə qabiliyyətini itirdi və insultun qarşısını almaq üçün boyun arteriyasından piylənməni təmizləmək məqsədilə əməliyyat olundu.
“89 yaşımda mənə üçqat bypass və mitral qapağın bərpası əməliyyatı olundu. İndi isə ürək stimulyatorum var. Bu yaxınlarda bud sümüyümü də sındırdım. Həyatımda başqa çətinliklər də olub. 1920–30-cu illərin Böyük Depressiyası zamanı ailəmiz evini itirdi,” – deyə Liberman danışıb.
Bundan əlavə, Liberman 1929-cu il Böyük Depressiya dövründə ailəsinin evini itirdiyini də xatırladır.
Uzunömürlülüyün sirləri barədə isə o, 7 məqamı qeyd edib:
1.Münasibətlərə fokuslanın
Münasibətlər sayəsində çətinlikləri daha asan keçirmək olur, deyir uzunömürlü. O hesab edir ki, ona həyat yoldaşı ilə şans gətirib, 76 il birgə yaşayıblar və indi həyat yoldaşı 97 yaşındadır.
“O, iki dəfə bud sümüyünü sındırıb və başqa problemləri olub. Bizim iki möhtəşəm uşağımız var, onlarla çox yaxınıq, həmçinin iki nəvəmiz var ki, daim əlaqədə olurlar. Biz uzun illər yaşadıq və çox çətinliklərlə üzləşdik, amma onları kifayət qədər yaxşı dəf etdik”, – kişi vurğuladı.
2.Siqaret çəkməyin
Liberman deyir ki, gənc vaxtları hamı siqaret çəkirdi, hətta həyat yoldaşı da, amma özü yox. Sonradan onu siqareti tərgitməyə məcbur etdi.
“Mən heç vaxt düzgün çəkə bilməmişəm. Həyat yoldaşımla tanış olanda o bəzən siqaret çəkirdi, amma mən onu tərgitməyə razı saldım. Bir dəfə restoranda siqara çıxardım və çəkməyə başladım. O dedi: ‘Sən tamamilə gülünc görünürsən’. Mən isə cavab verdim: ‘Mən siqaret çəkəcəyəm, sən tərgitməyincə’. Və o, tərgitdi”, – uzunömürlü xatırladı.
3.İdmanla məşğul olun və sağlam qidalanın
Liberman bildirir ki, səhər yeməyində meyvələr yeyir və çoxlu balıq qəbul edir. Həyat yoldaşı isə həmişə sağlamlığına diqqət yetirib, düzgün qidalanmağa və idmana önəm verib.
“14 il əvvəl Florida’ya köçəndən sonra gündəlik rejimimə çimərlikdə gəzinti və sonra hovuzda üzgüçülük daxil oldu”, – əlavə etdi o.
4.Müsbət ruhiyyəyə sahib olun
“Bəzi kədərli günlər olur”, – deyir kişi, amma heç vaxt uzun müddət özünü pis hiss etməyib.
“Soyuqdəymə olarsa, fikirləşirəm ki, tezliklə hər şey yaxşı olacaq. Çətin vaxtlar olanda da düşünürəm ki, sadəcə onları keçməliyəm və hər şey düzələcək. Məncə, həyatda münasibət çox az qiymətləndirilir”, – yazır Liberman.
O bildirir ki, həmişə optimist olub və gələcəkdə yaxşı günlərin olduğunu düşünür, bəlkə də məhz bu müsbət yanaşma ona kömək edir.
5.Lazımi tibbi yardımı alın
“Mənim xəstəlik tariximdən başa düşülür ki, biz xəstəliklərin müalicəsində elmi inkişaflardan və müasir tibb möcüzələrindən faydalanmışıq. Biz həmişə ehtiyatlı olmuşuq və mütəmadi həkimə gedirdik. Demək olar ki, 20 il eyni kardioloqumuz olub”, – dedi kişi.
6.Önəmli hesab etdiyiniz işlə məşğul olun
Liberman deyir ki, əvvəllər özəl qəzetin redaktoru olub və bu işi çətin və faydalı sayır.
“Hələ də bir az yazıram ki, məşğul olum. Düşünürəm ki, bu məni yaxşı vəziyyətdə saxlayır və həmişə məşğul olmaq üçün nəsə var. Məncə, bu da uzunömürlülüyümə kömək edib”, – deyir o.
7.Bir az da şanslı olun
Kolonkaya görə, ona 79 illik evlilik münasibətləri ilə çox şans gətirib.
“Bir neçə dəfə yıxılandan sonra yaddaşında problemlər olsa da, həyat yoldaşım hər gecə yatmazdan əvvəl öpüşməyimizi unutmur. Səni sevən və qayğı göstərən biri ilə yaşamaq həqiqətən kömək edir”, – uzunömürlü vurğuladı.
İmran Kərimli