“100 min azərbaycanlı Ermənistana gəlir, xoş gəlirlər”

“100 min azərbaycanlı Ermənistana gəlir, xoş gəlirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər yenə isterikaya düşüb.

Tribunainfo.az xəbər verir ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının, ardından Xankəndidə keçiriolən İqtisadi Əməkdaşlıq Təşkilatının iclaslarında qəbul edilmiş sənədlər İrəvandakı bir çox dairələri kürklərinə birə salıb.

Belə ki, hər iki bəyanatda Qərbi Azərbaycan məsələsi, o cümlədən Ermənistanda zorla köçürülmüş azərbaycanlıların geri qaytarılması məsələsi qaldırılıb və ciddi dəstək alıb.

Erməni ekspertlər isə bu bəyanatların real nəticələrə hesablandığını bildiriblər. Elə bu səbəbdəndir ki, erməni jurnalist Tatul Mkrtçyan öz məqaləsində yazıb ki, Ermənistan əhalisi azərbaycanlıları qarşılamağa hazır olmalıdır: “Gözünüz aydın. Xoş gəlirlər. 100 min azərbaycanlı Ermənistana gəlir. Nikol Paşinyan Ermənistana arxadan bıçaq vurur”.

Fərda Uğur