ABŞ Apellyasiya Məhkəməsi populyar Blackout Challenge oyunundan sonra həyatını itirmiş 10 yaşlı qızın anasının şikayəti üzrə TikTok məhkəməyə verildi.
Tribunainfo.az Reuters-ə istinadən xəbər verir ki, Federal qanun adətən internet şirkətlərini istifadəçilər tərəfindən yerləşdirilən məzmuna görə məhkəmə iddialarından qorusa da, Filadelfiyada yerləşən 3-cü ABŞ Dairə Apellyasiya Məhkəməsi çərşənbə axşamı qərar verib. Nylah Andersonun anasına TikTok alqoritminin qızına meydan oxumağı tövsiyə etdiyi iddialarını davam etdirməyə qadağa qoymur.
TikTok nümayəndələri hələ ki, bu xəbəri şərh etməyiblər.
Blackout Challenge 2021-ci ildən TikTok platformasının populyar trendi olub.
Söhbət “boğulma ilə müşayiət olunan oyunlardan” gedir. Bu oyun zamanı istifadəçilər beyinə gedən oksigenin yolunu bağlayır və özlərini qısamüddətli eyforiya halına gətirirlər.
Belə hərəkətlər beyin zədələnməsi və hətta ölümlə nəticələnən hallara səbəb ola bilər