10 yaşlı Fatimə ağır beyin qanaması ilə mübarizə aparır – yardım gözləyir

10 yaşlı Fatimə ağır beyin qanaması ilə mübarizə aparır – yardım gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

10 yaşlı Fatimə Cahangirovanın həyatı təhlükədədir. Onun atası Fuad Cahangirov Tribunainfo.az-a müraciət edərək qızının müalicəsi üçün dəstəyə ehtiyac olduğunu bildirib.

Avqustun 15-də qəfil huşunu itirən Fatimə qıcolma əlamətləri və hərəkətsiz sol ətraflarla ayılıb. Respublika Neyrocərrahiyyə Xəstəxanasında ona anadangəlmə AVM (arteriovenoz malformasiya) nəticəsində 3-cü və 4-cü dərəcəli beyin qanaması diaqnozu qoyulub.

Atasının sözlərinə görə, həkimlər uşağın sağalması üçün 3 mərhələli endovaskulyar əməliyyat tövsiyə ediblər. Avqustun 21-də Bakı Medikal Plaza xəstəxanasında ilk əməliyyat icra olunub. Cərrahi müdaxilə zamanı xəstəlikli damarların yalnız 30-35%-i bloklanıb. Əməliyyat ağır keçsə də uğurlu hesab olunub.

Hazırda Fatimə müalicəsini davam etdirir. Onun vəziyyəti stabilləşməyib – görməsi zəifləyib, sol ayağın hərəkəti məhduddur, başgicəllənmə və hallüsinasiyalar müşahidə olunur.

F. Cahangirov bildirir ki, qarşıda daha iki mərhələli əməliyyat gözlənilir və bunun üçün maddi dəstəyə ehtiyac var.

Birbank kartı: 4169 7388 6621 5613
Əlaqə: 070 281 34 81