Naberejnı Çelnıda yaşayan əslən Azərbaycandan olan 10 yaşlı Nurlan İsmayılov Rusiyanın birinci kanalında yayımlanan “Qolos deti” şousunun dördüncü mövsümünə vəsiqə qazanıb.
Naberejnı Çelnıda yaşayan əslən Azərbaycandan olan 10 yaşlı Nurlan İsmayılov Rusiyanın birinci kanalında yayımlanan “Qolos deti” şousunun dördüncü mövsümünə vəsiqə qazanıb.
Nurlan Polad Bülbüloğlunun “Zəng et” mahnısını ifa edib.
Nurlanın səsinə ilk Nyuşa çevrilib. Nurlanın çıxışı o dərəcədə parlaq olub ki, müğənni kürsüsündə rahat otura bilməyib və rəqs etməyə başlayıb.
“Bax indi mən vicdanla deyə bilərəm ki, gözlədiyim kişiyə rast gəldim. Gəl yanıma əzizim! Axır ki, bu baş verdi, mən xoşbəxtəm”, – bunları müğənni gənc azərbaycanlının çıxışından sonra deyib.
Nurlan Nyuşanın komandaya götürdüyü son iştirakçı olub. O, ifası ilə müğənninin qəlbini fəth edib. (axar.az)