10 manatlıq şirkətin 400 minə yaxın vergi borcu varbackend

10 manatlıq şirkətin 400 minə yaxın vergi borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Su filtrləri satışı ilə məşğul olan “Kazimoff Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, “Kazimoff Group” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə 377 min 571 manat 36 qəpik vergi borcu var.
Nizamnamə kapitalı 10 manat olan “Kazimoff Group” MMC-nin qanuni təmsilçisi Kazımov İlkin Əlipaşa oğludur.
Sözügedən vergi borcuna görə İlkin Kazımovun ölkədən çıxışına da məhdudiyyət qoyula bilər.