Ankarada narkotik satıcıları və istehsalçılarına qarşı keçirilən əməliyyat zamanı 10 kilo narkotik maddə ələ keçirilib, 1 şübhəli saxlanılıb.
Tribunainfo.az Trt Haber-ə istinadən xəbər verir ki, Ankaraİl Jandarma Komandanlığına bağlı qruplar,narkotikTicarət və istehsalatla məşğul olanlara qarşı əməliyyat təşkil edilib.
Göstərilən ünvanda keçirilən reyd zamanı 10 kilo marixuana, 454 ədəd çətənə kökü, 328 ədəd müxtəlif ölçülü küp, 320 litr maye gübrə, 82 ədəd işıq mənbəyi, 36 ədədelektrikqoruyucu, 11 ventilyasiya ventilyatoru, 8 ventilyator, 3 hava birləşdiricisi və 3 ədəd 1 tonluq su çəni götürülüb.