10 ildə mindən çox jurnalist öldürüldü – Dəhşətli statistika

10 ildə mindən çox jurnalist öldürüldü – Dəhşətli statistika

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 10 ildə mindən çox jurnalist öldürülüb.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, jurnalistlərə hücumlar və onların sıxışdırılması normal hala çevrilməməlidir:

“Son 10 ildə mindən çox jurnalist öldürüldü. Lakin bu cinayətlərin 90 faizi açılmayıb. Cinayətkarlar məsuliyyətə cəlb edilməyib. Hökumətlər və beynəlxalq toplum jurnalistlərin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaratmalıdır”.