Cari ilin 10 ayında Türkiyəyə 54 milyondan çox turist gəlib.
Tribunainfo.az Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən bildirir ki, ziyarətçilərin 47 milyon 306 min 764-ü əcnəbi olub.
Hesabat dövründə Türkiyəyə ən çox ziyarətçi göndərən ölkələr siyahısında keçən ilin eyni dövrü ilə müqayisədə 7,05 faiz artım və 6 milyon 249 min 998 nəfərlə Rusiya Federasiyası birinci yerdə qərarlaşıb. 6,43 faiz artımla 6 milyon 83 min 421 turistlə Almaniya ikinci və 4 milyon 209 min 967 turistlə İngiltərə üçüncü yerdə olub. Sonrakı yerləri İran və Bolqarıstan tutub.
Oktyabr ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı əvvəlki ilin eyni ayına görə 9,25 faiz artaraq 5 milyon 448 min 459-a çatıb.