1 vərdişlə 7-8 il daha uzun yaşa -Məşhur cərrahın məsləhəti

1 vərdişlə 7-8 il daha uzun yaşa –Məşhur cərrahın məsləhəti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 vərdişlə 7-8 il daha uzun yaşamaq olar.

Tribunainfo.az luzgin.info-ya istinadən xəbər verir ki, məşhur ürək cərrahı həkim Leo Bokeria 40 yaşdan yuxarı insanlar üçün ömrü uzatmağın sirrini bölüşüb.

Onun sözlərinə görə, bir çoxumuz ömrümüzü uzatmaq və sağlamlığımızı qorumaq üçün yollar tapmağa çalışırıq. Sadə bir vərdişin sağlamlığınızın necə əhəmiyyətli dərəcədə dəyişəcəyinin şahidi olacaqsınız.

Xüsusilə də kişilər üçün faydalı olacaq son ipucunu qaçırmayın.

Tənbəl lakin ağıllılar üçün bir vərdiş

Sizə nə idman zalı, nə də dəbdəbəli idman avadanlıqları almağınızı deməyəcəm. Sadəcə olaraq sizə lazım olan tək şey bir cüt rahat ayaqqabı, bir az vaxt və ilk addımı atmaq istəyidir. İdmanın ən sadə forması olan gəzinti uzun və sağlam həyata bilet ola bilər.

Cərrah Leo Bokeriyanın fikrincə, gəzinti xüsusilə 40 ildən sonra sağlamlığınızı yaxşılaşdırmaq üçün ən təbii və əlçatan üsuldur.

Gəzinti ürək sağlamlığını möhkəmlədir, kalori yandırmağa kömək edir, stresi azaldır, sümük və oynaqları möhkəmlədir.

Cərrah bildirib ki, yerimək qaçmaqdan daha faydalıdır. Çünki uzun müddət oturaq fəaliyyətdə olan birisinizsə və oynaqlarda problemləriniz varsa, qaçmaq sizin üçün ideal deyil. Gəzinti daha yumşaq və alternativ bir yoldur. Sürətli və yavaş addımlar arasında növbə və fasilələrlə yeriməyə çalışın.

Gəzməyi vərdiş halına gətirməyin yolları

Parklar, məktəbin həyəti, məhəlləniz sizə yaxşı bir bələdçi olacaqdır.

Kimisə özünüzlə aparın. Dost və ya ailə üzvi ilə gəzmək daha əyləncəli və məsuliyyətinizi artıran bir addım olacaqdır.

Bunu gündəlik işinizə daxil edin. Mağazaya gedin, pilləkənlərlə qalxın, avtobusdan bir dayanacaq tez enin.

Gündə cəmi 20 dəqiqə vaxt ayırın.

40 yaşdan yuxarı kişilər üçün xüsusi məsləhət:

40 yaşdan sonra sağlamlığınız priritet olmalıdır. Gəzinti sizin qan dövranınızı yaxşılaşdıracaq, tıxanmaları aradan qaldıracaq, prostat və digər xəstəliklərin inkişaf riskini minumuma endirəcək.

Beləliklə idman ayaqqabılarınızı geyinin və uzun ömüt yoluna ilk addımı atın.

Dəniz