1 milyon uşaq bu qışı küçədə keçirəcək

1 milyon uşaq bu qışı küçədə keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
1 milyon uşaq qış aylarını küçələrdə keçirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə UNICEF məlumat yayıb. Şimali Afrika və Yaxın Şərqdə 1 milyon uşaq sığınacaqların yaratdığı imkanlardan belə məhrumdur. Təşkilat müharibə, işsizlik, insanların yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalmasının ən çox azyaşlılara zərər verdiyini bildirib. UNICEF-in bölgə üzrə məsul şəxsi Xeert Kappelaere təcili 33 milyon dollara ehtiyac olduğunu açıqlayıb. Uşaqların qış aylarında sığınacaq, isti geyim, qida və səhiyyə xidmətinə ehtiyacı olur.

 

Yaxın dövrlərdə Suriya, İraq, İordaniya, Livan, Türkiyə və Misirdə 1,3 milyon uşağa yardımların çatdırılması hədəflənir.