1-i gedir, 3-ü gəlir – Premiyer Liqaya kimlər qalxdı?

1-i gedir, 3-ü gəlir – Premiyer Liqaya kimlər qalxdı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu mövsüm Azərbaycan 1-ci liqasında ilk 3 yeri tutmuş komanda Premiyer Liqada oynamaq hüququ əldə edib.

Tribunainfo.az xəbər verir ki, xəbər verir ki, “Qəbələ”, “İmişli” və “Karvan” (Yevlax) növbəti mövsümdə Premiyer Liqada çıxış edəcək.

Liqanı tərk edəcək komandanın adına isə həftələr öncəsində aydınlıq gəlmişdi. Paytaxtın “Səbail” klubu cari mövsümdə çıxdığı 35 oyundan topladığı 22 xalla 10 komanda arasında sonuncu pillədə qərarlaşıb.

Növbəti ildə Premiyer Liqada klubların sayı artaraq, 12 olacaq. Yaxın gələcəkdə komanda sayının daha da artırılması gözlənilir.

Yenisabah.az