Sumqayıt Dövlət Dram Teatrı tamaşaçılara maraqlı sürpriz hazırlayıb. Teatrın yeni layihəsi çərçivəsində “1 bilet al, tamaşanı dostunla birgə izlə” adlı aksiya həyata keçirilir.
Tribunainfo.az xəbər verir ki, aksiya oktyabrın 11-də, saat 18:00-da təqdim olunacaq məşhur türk yazarı Turqut Özakmanın “Ocaq” əsərinin nümayişi ilə start götürəcək.
Əsərin səhnə quruluşu teatrın baş rejissoru, Prezident mükafatçısı, Xalq artisti Firudin Məhərrəmova məxsusdur. Tamaşa sosial problemlər içərisində çıxış yolu axtaran, xəyallara sığınan bir ailənin hekayəsindən bəhs edir. Səhnə yozumunda rejissor “problemi həll edən yalnız gerçək addımdır” mesajını önə çəkərək, tamaşaçını dünənə deyil, sabaha baxmağa çağırır: “Nicat sabahın doğan günəşindədir.”
Layihənin əsas məqsədi teatr mədəniyyətini daha geniş tamaşaçı kütləsinə sevdirmək və dostluq, paylaşım dəyərlərini təşviq etməkdir.
Aksiya çərçivəsində bilet alan hər tamaşaçı “Ocaq” tamaşasını bir dostu ilə birlikdə izləmək imkanı qazanacaq.
Ətraflı məlumat üçün:
(+994) 55 449 42 12
Ünvan: Sumqayıt şəhəri, Azərbaycan prospekti 21